...

Azərbaycanın ÜTT-yə daxil olması - ekspertlərin proqnozları

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2007 18:07 (UTC +04:00)
Azərbaycanın ÜTT-yə daxil olması - ekspertlərin proqnozları

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi qismində çıxış edir. Bu günədək Azərbaycan ÜTT ilə dörd görüş keçirib.

İlk iki görüş xarici ticarət rejiminin müzakirəsinə həsr olunub, 2005-ci ildən sonra keçirilən digər iki görüşdə Azərbaycan genişmiqyaslı danışıqlara başlayıb. İkitərəfli danışıqlar Azərbaycan bazarına əmtəə və xidmətlərin daxil olması, kənd təsərrüfatının çoxtərəfli və daxili dəstəklənməsi, bu sahədə ixrac subsidiyalarına həsr olunub. Danışıqların növbəti raundunun 2008-ci ildə keçirilməsi gözlənilir.

Trend -ın sorğu keçirdiyi iqtisadi analitiklər Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı fikirləriri bildiriblər:

Deputat, parlamentin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov :

- Azərbaycan 2008-ci ildə ÜTT-yə daxil olmayacaq. Bu, güman ki, 2009-cu ildə baş verəcək. Əgər biz ÜTT-nin təşkilatın onun prinsiplərinə uyğunlaşmaq üçün təqdim etdiyi güzəştli müddətə nail ola bilməsək, təşkilatın sıralarına daxil olmaq üçün tələsməməliyik. Təşkilatın prinsiplərinə cavab verməməklə bağlı bir çox həll olunmamış məsələlərimiz var, bu məsələlər, əsasən, gömrük rüsumları, kənd təsərrüfatında mövcud problemlərlə bağlıdır.

"İqtisadi Araşdıramalar Mərkəzi" QHT-nin rəhbəri Qubad İbadoğlu:

- Azərbaycanın 2008-ci ildə ÜTT-yə daxil olması ehtimalı azdır. Ola bilsin ki, biz təşkilata 2010-cu ildə daxil olacağıq. 2008-ci il, güman ki, Azərbaycan üçün ÜTT-nin prinsiplərinə uyğunlaşma ili olacaq. Bu istiqamətdə parlament işləri sürətləndirməli olacaq, belə ki, bu, əsasən, Milli Məclisin fəaliyyəti ilə əlaqədardır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin eks-prezidenti, hazırda Sahibkarlığın və Bazar iqtisadiyyatının İnrkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov:

- 2008-ci il , güman ki, Azərbaycanın ÜTT-yə daxil olacağı il olmayacaq. Mən ÜTT-yə qəbulla bağlı işlərin sürətləndirməsini proqnozlaşdırmağa imkan verəcək faktlar görmürəm.

Deputat, parlamentin iqtisadi siyasət komissiyasının üzvü Əli Məsimov:

- Mən Azərbaycanın ÜTT-yə daxil olmasının tərəfdarıyam. Lakin ölkə hələ ki, bu təşkilata daxil olmaqla bağlı işləri başa çatdırmayıb. Azərbaycanın ÜTT-yə qəbul olunmasını ləngidən səbəblərdən biri hökumətin bu istiqamətdə kifayət qədər iş görməməsi və vahid fikrə malik olmamasıdır. Əgər Azərbaycan 10 il ərzində ÜTT-yə daxil ola bilməyibsə, 1 il ərzində, ümumiyyətlə, qəbul ola bilməyəcək. Bütün bu problemlərə baxmayaraq, Azərbaycanın ÜTT-yə qəbulu 2009-cu ildə mümkün ola bilər.

Xəbər lenti

Xəbər lenti