...

"Bakı-Tbilisi-Qars" dəmir yol magistralının Türkiyə hissəsinin tikintisinə başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir İ.Xəlilova / Noyabrın 7-də "Bakı-Tbilisi-Qars" dəmir yol magistralının Gürcüstan hissəsinin təməli qoyulandan sonra Türkiyə bu istiqamətdə işləri fəallaşdırıb.

Azərbaycanın Nəqliyyat nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin direktoru Sədrəddin Məmmədovun çərşənbə günü verdiyi məlumata görə, dekabrın 20-dək dəmir yol xəttinin Türkiyə hissəsinin də tikintisinə başlanılması gözlənilir.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində, dəmir yolu xəttinin yeni 105 kilometrlik hissəsinin tikintisi planlaşdırır. Yolun Türkiyə hissəsinin uzunluğu 76 kilometr, Gürcüstan hissəsinin uzunluğu 29 km - dir. Bununla yanaşı, Gürcüstanda "Axalkalaki-Mardaba-Tbilisi" dəmir yol xəttinin 183 kilometrlik hissəsi bərpa olunacaq.

Dəmir yol magistralının 105 kilometrlik yeni qolunun tikintisini nəzərdə tutan "Bakı-Tbilisi-Qars" layihəsi 422 mln. dollar məbləğində, müşayiətçi infrastruktur isə 600 mln. dollar dəyərində qiymətləndirilir.

Azərbaycan tərəfindən Gürcüstana təqdim olunan kreditin ümumi həcmi 200 mln. dollar təşkil edir. Kredit, faiz dərəcəsi 1% olmaqla,25 illik müddətə ayrılıb. Kredit dəmir yol rabitəsinin Gürcüstan hissəsinin bərpası və tikintisi məqsədilə nəzərdə tutulub. İlini sonunadək 30 mln. dollar dəyərində birinci tranş ayrılacaq, 120 mln. dollar dəyərində ikinci tranşın 2008-ci ildə ayrılması planlaşdırılır. Kredit dəmir yolunun istismarından əldə olunan vəsait hesabına ödəniləcək.

Xəbər lenti

Xəbər lenti