...

"Bank Respublika" "Allur" təcili pul köçürmə xidmətləri göstərməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Bank Respublika"nın məlumatında bildirilir ki, bank əhaliyə göstərilən təcili pul köçürmə xidmətlərini genişləndirmək məqsədilə "Allur" təcili pul köçürmə xidmətləri həyata keçirməyə başlayıb. Bu xidmətin tətbiqi tərəfdaş bankla imzalanan müqavilədən sonra mümkün olub.

"Allur" pul köçürmələri üzrə xidmətlər Rusiya Federasiyası, İsrail, Ukrayna, Belarus, Latviya, Tacikistan, Qırğızıstan və digər ölkələrdə yerləşən 2650 bank ofisində göstərilir.

"Bank Respublika" müxtəlif pul köçürmə sistemləri - Western Union, Contact, Migom, Bıstraya Poçta, Coinstar (Travelex), PrivatMoney, Xpress Money, Blizko və Allur vasitəsi ilə əhaliyə təcili pul köçürmə xidmətləri göstərir. Hazırda "Bank Respublika" vasitəsi ilə pul köçürmələri dünyanın 200-dək ölkəsini əhatə edir. "Bank Respublika" vasitəsi ilə pul köçürmələri 1-15 dəqiqə ərzində həyata keçirilir. Köçürülən pul etibarlı müdafiə sistemi ilə qorunur.

Pul köçürmə xidmətlərini Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Quba, Xaçmaz, Lənkəran, Masallı, Yevlax, Bərdə, Şəmkir və Göyçay şəhərlərində "Bank Respublika"nın 14 filial və 10 şöbəsi göstərir. Həmçinin Bakıda fəaliyyət göstərən Ofis24 həftənin bütün günləri 24 saat fasiləsiz pul köçürmə xidmətləri təqdim edir.

Xəbər lenti

Xəbər lenti