...

QTİB Azərbaycanın bankın kapitalındakı səhm iştirakını artırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Qara Dəniz Ticarət və İnkişaf Bankı, kapitalında olan 3 faiz azad səhmin satışı hesabına, Azərbaycanın bankdakı səhm payını 5 faizədək artırmağa hazırdır. Bu barədə cümə axşamı bankın Bakıda olan vitse-prezidenti Andrey Kondakov məlumat verib. Bu gün Azərbaycanın bankdakı səhm payı 2 faizdir (6 mln. SDR). "Bu təklifi dəstəkləyən başqa bir ölkə olmadığı üçün, paylaşdırılmamış paketin Azərbaycana verilməsi ehtimalı çox böyükdür" -Kondakov qeyd edib. Azərbaycan hökuməti bu təkliflə bankda çıxış edib. Lakin rəsmi müraciət Azərbaycan tərəfinin son qərarından sonra ediləcək. Vitse - prezidentin rəyinə görə, Azərbaycanın mövqelərinin bankda güclənməsi ölkədə həyata keçirilən əməliyyatların həcmini artıracaq. Bu gün bankın Azərbaycandakı əməliyyatlara ayırdığı məbləğ Azərbaycanın QTİB-dəki işitrak payından çoxdur. Maliyyələşdirilmənin artırılması üçün imkan bankın İdarə Şurasının, bank kapitalını 3 mlrd. dollara qədər artırılması haqqında qərarı ilə əlaqədar olaraq yaranacaq. Bu gün üçün Qara Dəniz bankının ödənilmiş Nizamnamə kapitalı 1.5 mlrd. dollardır. Bu məbləğin 30 faizi (500 mln. dollar) abunə kapitalı hesab edilir. Kondakov kapitalın artırılmasından əlavə, yeni ölkələrin, yüksək reytinqə malik maliyyə institutlarının QTİB-ə daxil olması hesabına, bankın genişləndirilməsinin gözlənildiyini bildirib. Növbəti ilin yanvarında Serbiyanın səhmdarlığa qəbul edilməsinin mümkünlüyü müzakirə ediləcək. Bu gün Türkiyə,Rusiya və Yunanıstan ayrı -ayrılıqda 16.5 faiz səhm paketinə malikdir. Bolqarıstan, Rumıniya və Ukrayna 13.5 faizlik, Azərbaycan və Albaniya 2 faizlik , Gürcüstan, Moldova və Ermənistan isə, 1 faizlik səhm paketinə malikdirlər.

Xəbər lenti

Xəbər lenti