...

"Baker & McKenzie" Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin yaradılması üçün məsləhət verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 14:36 (UTC +04:00)
"Baker &  McKenzie" Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin yaradılması üçün məsləhət verəcək

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Özəl Sektorun İnkişafı İslam Korporasiyası Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin (Caspian International Investment Company - CİİC) yaradılması üçün hüquqi məsləhətçi kimi "Baker & McKenzie" şirkətini seçib. Bu barədə çərşənbə axşamı AİŞ icraçı direktoru Anar Axundov məlumat verib. CİİC qeyri-neft sektoru, loqistika, telekommunikasiya, tikinti materiallarının istehsalı, səhiyyə, kənd təsərrüfatı sahələri ilə bağlı layihələrə investisiya yatıracaq. Hazırda "Baker & McKenzie" CİİC-nin qeydiyyatı üçün işlər aparır. Axundovun sözlərinə görə, növbəti ildə, yanvarın birinci yarısında şirkətin qeydiyyatdan keçirilməsi gözlənilir. "Bizim üçün birinci vəzifə, bu ölkələrdən investisiya cəlb etmək üçün Yaxın Şərq ölkələri üzrə müşahidə işi aparan komanda və menecmenti formalaşdırmaqdır" - Axundov bildirib.

Xəbər lenti

Xəbər lenti