...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi taxıl idxalına ƏDV-nin tətbiqini məqsədəuyğun sayır-idarə rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 17:56 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi taxıl idxalına ƏDV-nin tətbiqini məqsədəuyğun sayır-idarə rəhbəri

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2008-ci ilin iyulunda, müddəti bitdikdən sonra ölkəyə idxal olunan taxılın üzərinə qoyulan əlavə dəyər vergisindən (ƏDV 18% təşkil edir) azad edilməsinin müddətinin prolonqasiyasına ehtiyac görmür. Bu barədə çərşənbə axşamı kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib. İdxal olunan taxılın üzərindən ƏDV iyul ayında, bir il müddətində götürülüb.Bu, çörək istehsalçılarına, taxılın hər tonunu 50 dollar ucuz almağa imkan verib. "Yerli istehsalçıların taxıl istehsalının həcmini artırmalarını stimullaşdırdığı üçün vergi tətbiq edilməlidir" - nazir hesab edir. Onun rəyinə görə, ölkədə istehsalın artması ilə qiymətlər stabilləşə bilər. Lakin nazir, zəruri halda (qiymət artımı) vergi güzəştlərinin yenidən tətbiqini istisna etmir. " Yayda ölkədə taxıl böharnı haqqında şayiələr gəzirdi, lakin indiyədək Azərbaycan heç bir taxıl çatışmazlığına məruz qalmayıb" - Abbasov bildirib. 2008-ci ilin yanvarın birinə olan vəziyyətə görə, ölkədə taxıl ehtiyatlarının 1 mln. ton təşkil edəcəyi bunu təsdiqləyir. Nazirin rəyinə görə, ƏDV-nin ləğvi dünya bazarlarında qiymət artımı fonunda Azərbaycana taxıl idxal edən idxalçılar üçün yaxşı şərait yaradıb. Bununla yanaşı, taxıl istehsal edən yerli istehsalçılar ƏDV-nin ləğvindən istifadə edərək, öz istehsallarının həcmini artıra biliblər. Bu gün Azərbaycan taxılı Rusiya və Qazaxstandan idxal edir. Hazırda Azərbaycanda, 1.5 mln. tonu buğda olmaqla, 2 mln. ton taxıl istehsal edilib. Ölkədə hər ay 127 min. ton buğda istifadə olunur. Ölkənin buğdaya olan tələbatı 1.5 mln. ton təşkil edir. Bunun müəyyən hissəsi heyvandarlıqda, 1.2 mln. tonu isə, çörək sənayesində istifadə olunur. Qazaxstan və Rusiyada istehsal olunan taxılın qiymətinin artması ilə əlaqədar, Azərbaycan hökuməti ölkəyə idxal olunan taxıl üzərinə qoyulan ƏDV-nin ləğvi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti