...

Bakıdakı əmək yarmarkasında 3.5 min nəfər işə təyinat alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Babayeva/ Dekabrın 5-dən 6-dək keçirilən əmək yarmarkasında 3450 işsiz işə təyinat alıb. Bu barədə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsindən bildiriblər. "İşə qəbul olunan insanların sayı dekabrın sonunda məlum olacaq" - idarədən bildiriblər. Ümumilikdə yarmarkada min işə götürən müəssisə iştirak edib. Onların sırasında həm özəl və xarici, həm də dövlət müəssisəsi olub. Müəssisələr tərəfindən ümumilikdə 7 min iş yeri təklif edilib. İdarədən bildiriblər ki, yarmarkada iştirak edə bilməyənlər yerli məşğulluq idarələrinə müraciət edə və onları maraqlandıran məsələlər üzrə əlavə məlumat ala bilərlər. "Yarmarkada iştirak edə bilməyənlər işə təyinat da ala bilərlər"- idarədəki mənbə bildirib. İdarə, 2007-2011-ci illəri əhatə edən ölkədə işsizliyin azaldılması üzrə Dövlət Proqramı çərçivəsində, daimi olaraq əmək yarmarkaları keçirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-sentyabrda ölkədə rəsmi olaraq 51.3 min nəfər işsiz qeydə alınıb. Onların 50.5 faizi qadınların payına düşüb. Azərbaycanda bir iş yerinə dörd rəsmi qeydiyyata alınan işsiz iddia edir. Azərbaycanda işsizliyə görə 1400 nəfər müavinət alır.

Xəbər lenti

Xəbər lenti