...

DB Azərbaycanın kiçik şəhərlərinin su və kanalizasiya xətlərinin dəişməsinə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 21:45 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir Trend İ.Xəlilova / Bu gün Bakıda "Azərsu" səhmdar cəmiyyəti Dünya Bankı ilə Azərbaycanın kiçik şəhərlərinin su və kanalizasiya xətlərinin dəişməsinə dair müzakirələr aparıblar. Bu barədə həftənin ikinci günü SC sədri Nizaməddin Rzayev DB Mərkəzi Asiya və Avropa üzrə vise-prezident Şiqeo Katsu ilə görüş keçirdikdən sonra deyib.

Rzayevin sözlərinə görə, bank ikinci su laihəsini maliyələşdirməyə hazırdır. Laihənin dəyəri $310 mln. Əgər birinci laihədə 22 rayonun su və kanalizasiya xətlərinin bərpası nəzərdə tutulmuşdursa, ikinci laihə 21 rayonu əhatə edəcək. Onlardan 5 NMR, qalanı isə Kürdəmir, Ucar, Zərdab istiqamətlərindədir.

"Azərsu" SC başçısı hesabedir ki, 2008-ci ilin mart ayında DB direktorlar Şurası bu laihəni müzakirəyə çıxaracaqlar və Beynalxalq inkişaf və rekonstruksiya bankı tərəfindən kredit ayrılacaq.

DB ekspertlərinin qiymətləndirmələrinə görə su təchizatı və kanalizasiya infrastrukturu yararsız haldadır və bu insanların sağlamlığına zərərlidir.

Birinci laihənin yekunlarına görə 700 min. nəfər su ilə təmin olunub və kanalizasiya xidmətləri daha əl çatan olub. Bu laihənin həyata keçirilməsi 2012-ci ilə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti