...

DB Azərbaycanın dəmir yolu təsərrüfatı üçün maliyyələşdirmənin həcmini artırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ " müxbir İ.Xəlilova/ Dünya Bankı (DB) Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafı üçün 450 mln. dollar təqdim etməyə hazır olduğunu təsdiqləyib. Bank Azərbaycanın Dəmir Yolu İdarəsi ilə danışıqları 2008-ci ilin yanvarında yenidən bərpa edəcək. Bu barədə çərşənbə günü DB-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak məlumat verib. Onun sözlərinə görə, maliyyələşdirmə kombinasiya edilmiş sxemlə aparılacaq. "Biz 2008-ci il maliyyə ilində dəmir yolu üçün kreditin təsdiqlənməsinə çalışacağıq" - Yedjeyçak bildirib. Hazırda Azərbaycan hökuməti ilə dəmir yolu üzrə tranzit və ticarətə yardım layihəsi müzakirə edilir. Ilkin məlumatlara görə, layihənin dəyəri 400 mln. dollar təşkil edir. Azərbaycan hökumətinin layihədə payı təxminən 20-30 faiz olacaq. DB maliyyələşdirmənin həcmini 371 mln. dollara qədər artırmağa hazır olduğunu bildirib. Əvvəllər bank 80 mln. dollar ayırmağa hazır olub. DB-nin layihəsinin maliyyələşdirilməsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kredit ehtiyatları hesabına aparılacaq. Kreditlər dörd ili güzəştli olmaqla 20 il müddətinə verilir. Bank tərəfindən ayrılan kreditlərin həcminə məhdudiyyət qoyulmur. DB-nın qrantı hesabına Pabeco/Feneka/Sulaco konsorsiumunun məsləhətçiləri ilin sonunadək marketinq planının hazırlanmasını başa çatdıracaqlar. DB-dən alınan borcların həcmi və layihənin reallaşdırılmasına başlanılması Azərbaycanın dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Dövlət Proqramının qəbulundan sonra konkretləşdiriləcək. Dövlət Proqramının ümumi dəyəri 1,252 mlrd. manatdır.

Xəbər lenti

Xəbər lenti