...

Bakıda texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən çoxmərtəbəli yaşayış binasının tikintisi dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2007 12:59 (UTC +04:00)
Bakıda texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən çoxmərtəbəli yaşayış binasının tikintisi dayandırılıb

Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi şənbə günü Bakıda texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən "Tərəqqi" Tikinti MTK şirkəti tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini dayandırıb.

"Tərəqqi" tikinti şirkəti tərəfindən üç girişli 16 mərtəbəli binanın tikintisi paytaxtın Nəsimi rayonu ərazisində aparılırdı.

Tikilən iri yaşayış obyektləri üzrə yoxlamalar avqustda Bakıda 25 nəfərin ölümü ilə nəticələnən tikilməkdə olan 16 mərtəbəli binanın uçma hadisəsindən sonra gücləndirilib. Hadisə yerində yoxlamalar aparan ekspertlərin rəyinə görə, binanın uçma səbəblərində biri texniki təhlükəsizlik qaydalarının pozulması olub.

Sentyabrda Əmək Müfəttişliyi texniki təhlükəsizlik qaydalarının pozulması, əmək müqaviləsinin olmaması və ya əmək haqqının düzgün göstərilməməsi səbəbindən 6 şirkətin: "Dizayn" MTK, "Kapitol", NES MMC, "Star" MMC, "Yuksel Insaat" və "Inam-Bayram" şirkətlərinin tikinti işlərini dayandırıb. Bir müddət sonra Müfəttişlik "Dizayn" MTK, "Kapitol", "Yuksel Insaat", "Inam-Bayram" şirkətlərinə tikinti işlərini davam etdirmək üçün icazə verib.

Xəbər lenti

Xəbər lenti