...

Azərbaycan və Türkiyənin ticarət münasibətlərinin potensialı xeyli yüksəkdir-Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2007 16:24 (UTC +04:00)
Azərbaycan və Türkiyənin ticarət münasibətlərinin potensialı xeyli yüksəkdir-Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Əməkdaşlığın uzun müddət inkişafına baxmayaraq, Azərbaycan və Türkiyə arasında ticarət münasibətlərinin potensialı xeyli yüksəkdir. Bu barədə cümə günü Türkiyə Kənd Təsərrüfatı naziri Mehmet Mehdi Eker məlumat verib. Nazir azərbaycanlı həmkarı İsmət Abbasovun dəvətilə iki günlük səfərlə Bakıya gəlib. "Bu bizim üçün kifayət deyil və səfər çərçivəsində, əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcəyik-türkiyəli nazir bildirib. Eker bildirib ki, səfər çərçivəsində o, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri ilə heyvandarlıq, aqrar sənaye sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, birgə konkret layihələrin reallaşdırılmasının mümkünlüyünü müzakirə edəcək. Abbasov türk həmkarının səfərinin Türkiyə ilə aqrar sferada əməkdaşlığın genişləndirilməsinə səbəb olacağını və bu əməkdaşlığın energetika sahəsi səviyyəsindədək inkişaf etdirilməsi üçün şərait yaradacağını hesab edir. Türkiyəli nazirin səfəri dekabrın 30-da başa çatacaq. Səfərin gedişində nazir Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin bölmələri ilə görüşlər keçirəcək, qida sənayesinin bir neçə müəssisəsinə baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti