...

Ofis24 bayram günlərində bank xidmətləri göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Bank Respublika" Ofis24 layihəsi çərçivəsində qeyri-iş günləri olan - 31 dekabr 2007-ci ildən 6 yanvar 2008-ci ilədək əhaliyə fasiləsiz xidmət göstərəcəkdir. Bu barədə Bankın bazar günü yayılan məlumatında bildirilir.

Bakı şəhəri, Neftçilər pr. 67 ünvanında yerləşən Ofis24 həftənin bütün günləri, o cümlədən bazar və bayram günləri 24 saat fasiləsiz fəaliyyət göstərir.

Ofis24 əhaliyə cari hesab üzrə əməliyyatlar, əmanətlərin qəbulu, kredit üzrə borcun ödənilməsi, plastik kartlar üzrə əməliyyatlar (plastik kartın sifarişi, kart hesabına mədaxil, kartdan nağd pulun alınması), Western Union, Coinstar, Contact, Migom, PrivatMoney, Bıstraya poçta, Blizko, Xpress Money və Allür təcili pul köçürmələri, mobil rabitə xidmətlərinin ödənilməsi, valyuta mübadiləsi və digər xidmətlər göstərir.

"Bank Respublika" Azərbaycanda əhaliyə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən ilk və yeganə bankdır. Ofis24-də bu yenilik Bank tərəfindən 2005-ci ildə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti