...

"Nordic Investment Bank" Azərbaycanın iri bankına kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2008 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir İ.Xəlilova / Azərbaycan Beynəlxalq Bankı "Nordic Investment Bank" (NİB) ilə 10 mln. avro həcmində kredit müqaviləsi imzalayıb. Bu barədə çərşənbə günü Bankın mətbuat xidmətindən məlumat verilib. Razılaşmaya görə, Bank yeddi illik müddətə vəsait cəlb edə bilər.

Cəlb olunan vəsait bank tərəfindən mal və xidmətlərin bir hissəsinin Skandinaviya və Baltikyanı mənşəli olduğu investisiya layihələrinin maliyyələşdirilməsində istifadə oluna bilər.

Müqavilənin şərtlərinə görə, vəsait layihələrin reallaşdırılması ilə bağlı istənilən xərclərin ödənilməsi üçün istifadə oluna bilər. Bankdan bildirildiyinə görə, əldə olunan vəsait bank müştərilərinin layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Seçim zamanı onların təkcə iqtisadi deyil, həm də ekoloji səmərəliliyinə diqqət yertiriləcək.

"Nordic Investment Bank" ilə müqavilənin imzalanması Beynəlxalq Banka, həmçinin, Skandinaviya və Baltikyanı ölkələri ilə işgüzar əlaqələrə malik olan bankın korporotiv müştərilərinin uzunmüddətli layihələrinin maliyyələşdirilməsinin artırılmasına imkan verəcək.

"Nordic Investment Bank" - 1975-ci ildə yaradılan aparıcı beynəlxalq maliyyə institutlarından biridir. Hazırda Danimarka, İslandiya, Norveç, Finlandiya, İsveç, Estoniya, Latviya və Litva bankın iştirakçı-dövlətlərdir. Bank fəaliyyətinin prioritet istiqamətləri həm iştirakçı - ölkələr, həm də digər ölkələrin sənaye sahələrində yüksək texnikalı investisiya layihələrinin reallaşdırılmasıdır. Bankın ümumi aktivi təxminən 18 mlrd. avro təşkil edir. Baş ofis Helsinkidə yerləşir.

Xəbər lenti

Xəbər lenti