Azərbaycan, Bakı, 23 yanvar/ " müxbir İ.Xəlilova/ Azərbaycanın aparıcı özəl bankı Bank Standard 2008-ci il üçün planlarını açıqlayıb. Bu planlar daxili infrastrukturun yüksək dərəcədə möhkəmləndirilməsi, bank siyasəti və prosedurlara yenidən baxılması ilə əlaqədar olacaq. Bu barədə bankın 2007-ci ildə fəaliyyətinin yekunlarına həsr olunmuş mətubat konfransında bankın idarə heyətinin sədrinin birinci müavini Cavid Quliyev məlumat verib. Maliyyə göstəricilərinə görə, bank bu il artım templərini azaltmaq müddətindədir. Beləliklə, onlar 2006-07-ci illər ərzində olduğu kimi, 140-150% səviyyəsində gözlənilmir. Bununla yanaşı, o, həm ölkənin özəl bank sektorunda, həm də böyüklüyünə görə Azərbaycanın ikinci bankı kimi öz lider mövqelərini saxlamaq niyyətindədir.
Ötən il aktivlərin ümumi həcminə görə bankın bazar payı 7,1%-dən 9,7%-dək, kredit portfeli üzrə 6,6%-dən 9,1%-dək, depozit portfeli üzrə isə 6,7%-dən 8,4%-dək artıb.
Bu il bank T-24 yeni proqressiv bank sisteminin tətbiqi və onun yerli standartlarla uyğun vəziyyətə gətirilməsini başa çatdıracaq. Bank proqram təminatçısı İsveçrənin Temenos Group AG şirkətidir. T-24 sistemi banka uzaqlaşdırılmış çıxış prinsipinə əsaslanan bütöv bir bank məhsulları və xidmətlərinin tətbiqini həyata keçirməyə imkan verəcək.
Quliyev Bank Standardın bir-iki ay ərzində risk-menecment, o cümlədən, bu gün dünyanın bütün maliyyə bazarlarında böyük diqqət ayrılan kredit risklərinin idarəetmə sistemi üzrə xarici məsləhətçilər dəvət etməyi planlaşdırır.
Bu il əsas diqqət riteyl-xidmətlərin inkişafı və korporativ müştərilərlə işə ayrılacaq. Bu gün fiziki şəxslərin fəal hesablarının sayı 60, hüquqi şəxslərin və sahibkarların sayı isə, 3 mindən çoxdur. Sədr müavininin sözlərinə görə, "vahid pəncərə" vasitəsilə biznesin qeydiyyat sisteminin sadələşdirilməsinə başlanılması ilə, ötən ilin sonundan kiçik sahibkarların və şirkətlərin sayının artdığı müşahidə olunur.
Bank Standard, filial şəbəkəsinin genişləndirilməsi tədbirlərinin davamı çərçivəsində, bu il 12 yeni filial və şöbənin açılmasını planlaşdırır. Onların yarıdan çoxu Bakıda, qalanları isə, Zaqatala, Quba, Mingəçevir, Xırdalan, Gəncədə (sayca ikinci) açılacaq. Bank regional şəbəkənin inkişafı ilə bu istiqamətdə kart xidmətlərini də inkişaf etdirmək niyyətindədir. Bu günədək Bank Standard 20 min debit və kredit kartı buraxıb.
Bankın inkişaf planları ilə əlaqədar olaraq, Nizamnamə kapitalının 50% - 70-75 mln. manatadək artırılması nəzərdə tutulur. Ötən il o, üç dəfə artıb. Credit Suisse-dən bankın səhmdarlarına $35 mln. uzunmüddətli kreditin verilməsi haqqında razılaşma sayəsində, Bank Standard-ın Nizamnamə kapitalı 50 mln. manata çatıb. Bu, səhmdarların tərkibinin dəyişməsinə təsir göstərməyib və bank yüzfaizlik yerli kapitalla maliyyə institutu statusunu saxlayıb.
2007-ci ilin yekunlarına görə, Bank Standard-ın aktivləri 141% artımla 608,6 mln. manat, depozit portfeli - 184,5 mln. manat (87%) , kredit portfeli - 406,7 mln. manat (186%) təşkil edib. Bankın xalis gəliri 13,5 mln. manat olub.