Azərbaycan, Bakı, 23 yanvar/ Trend / 2007-ci ildə Azərbaycanda 440-dan çox yeni HİV-ə yoluxma faktı aşkar edilib. Onlardan 437-si Azərbaycan vətəndaşı, dördü əcnəbidir. Qeydiyyata alınmış 437 nəfərdən 382-si (87,4%) kişi, 55 nəfəri (12,6 %) qadındır. Xəstələrin böyük hissəsi - 271 nəfər narkotiklərin inyeksiyası nəticəsində yoluxublar. Ölənlərin sayı 48 nəfər olub. Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatında deyilir.
1987-2007-ci illərdə Mərkəz tərəfindən 1379 xəstə qeydə alınıb. Onlardan 59-u əcnəbi, 1320-si azərbaycanlılardır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1117-i (84,6%) kişi, 203-ü (15,4%) qadındır. QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların ümumi sayı 195 nəfər, QİÇS mərhələsinə keçənlərin sayı isə, 294 nəfər təşkil etmişdir.
1320 nəfər Azərbaycan vətəndaşından 790-da (59,8%) HİV-ə yoluxma inyeksion narkotiklərin istifadəsi nəticəsində; 281-də (21,3%) - heteroseksual, 12-də (0,9%) - homoseksual cinsi əlaqələr nəticəsində; 11-də (0,8%) - anadan uşağa keçməklə; 1-də (0,1%) - parenteral (tatuaj) yolla, 1-də (0,1%) - donor qanının köçürülməsi nəticəsində baş vermişdir; 224 nəfərdə (17,0%) yoluxma yolunu müəyyənləşdirmək mümkün olmamışdır.
Yaş mənsubiyyətinə görə HİV-ə yoluxan Azərbaycan vətəndaşları aşağıdakı kimi bölünmüşdür: 0-14 yaş - 11 (0,8%); 15-18 yaş - 5 (0,4%); 19-24 yaş - 122 (9,2%); 25-29 yaş - 275 (20,8%); 30-39 yaş - 570 (43,2%); 40-49 yaş - 236 (17,9%); 50-59 yaş - 25 (1,9%); 60 yaşdan yuxarı - 4 nəfər (0,3%); yaşı naməlum olan - 72 (5,5%) nəfər olmuşdur.