...

2007-ci ildə Azərbaycanın NBC Bank-nın aktivləri təxminən 140% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2008 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar/ Trend / Azərbaycanın NBC Bank-ı 2007-ci ildə fəaliyyətinin yekunlarını açıqlayıb. İlin sonunadək bank bütün maliyyə göstəriciləri üzrə nəzərəçarpan dəyişikliklərə nail olub.

Bankın cümə axşamı yayılan məlumatında 2007-ci il ərzində bankın aktivlərinin 137% artdığı və yanvarın 1-nə 30 mln. 257 min AZN təşkil etdiyi deyilir.

NBC Bank-ın ümumi kapitalı ötən ilin əvvəli ilə müqayisədə 24% artıb və 11 mln. 114 min AZN olub. Eyni zamanda, Nizamnamə kapitalı 22% artıb və 10 mln. 649 min AZN təşkil edib.

NBC Bank-ın ümumi maliyyə vəziyyətinin yaxşılaşması fonunda, kreditləşmə sahəsində 2007-ci ili bank üçün uğurlu hesab etmək olar. Belə ki, 2008-ci il yanvarın 1-nə olan vəziyyətə görə, kredit portfeli 20 mln. 499 min AZN təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə, 213% artımdan danışır. Eyni zamanda, istehlak kreditlərinin həcmi də əhəmiyyətli dərəcədə artıb və 244% artımla 17 mln. 699 min AZN çatıb.

Depozitlərin cəlb edilməsində də nəzərəçarpan inkişaf müşahidə olunur. 2007-ci ilin əvvəlində bankın cəmi 803 min manatını fiziki şəxslərin əmanətləri təşkil edən depozit portfeli 2 mln. 28 min. AZN olubsa, həmin ilin sonunda bu göstəricilər, müvafiq olaraq, 3,5 dəfə artaraq, 7 mln. 77 min AZN və 2,5 dəfə artaraq 2 mln. 107 min AZN göstəricisinə çatıblar.

2007-ci ilin əvvəli ilə müqayisədə, bankın xalis gəliri 275% artıb və 450,7 min AZN-ə çatıb.

Ötən il ərzində NBC Bank müştəri xidmətləri məntəqələri şəbəkəsini genişləndirib: bir filial Bakı şəhərində ("Gənclik") , biri isə Gəncədə açılıb.

Bank tərəfindən göstərilən xidmətlərin diversifikasiyası üçün müəyyən addımlar atılacaq; 2007-ci ildən başlayaraq, NBC Bank öz müştərilərinə Master Card təklif etməyə başlayıb.

2007-ci il ərzində NBC Bank əsas maliyyə bəndləri üzrə nəzərdə tutulan göstəricilərə çatmaq və respublikanın ən sürətlə inkişaf edən bankları ilə bir sırada olmağa nail olub. Bank rəhbərliyi növbəti illərdə də bu siyasəti davam etdirmək və bankın inkişaf tempini yalnız təklif edilən xidmətlərin müasirləşdirilməsi və təkmilləşdirilməsi ilə deyil, həm də müştəri xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, filialların, POS-terminalların və bankomatların sayının artırılması yolu ilə də, ən azı 2007-ci il səviyyəsində saxlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti