...

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sikkə siyasətində qəti tədbirlərin görülməsini tələb edir – ekspert (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2008 16:34 (UTC +04:00)
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sikkə siyasətində qəti tədbirlərin görülməsini tələb edir – ekspert (video)

Azərbaycan, Bakı, 25 yanvar / " / Azərbaycan dünya fond bazarına zəif inteqrasiya etdiyindən, dünya bazarının düşməsindən o qədər də mənfi təsir görməyib. Lakin bu proseslərin Amerika dollarının dinamikasına təsir göstərməsinə respublika laqeyd deyil. Çünki neft layihələrindən və xarici ticarət əməliyyatlarından gələn dollar Azərbaycanın əsas valyutası kimi qalır və dövlət ehtiyatını tamamlayır.

Məlum olub ki, dünya bazarının düşməsi, dolların mübadiləsinə əks təsir göstərib. Bazar ertəsi dollar avroya, yapon iyenasına və rus rubluna nisbətən inamla yüksəlib və ilin başlanğıcından ən yüksək göstərici nümayəiş edib. Dolların yüksəlişinin əsas səbəbi Avropada iqtisadi inkişafın zəifləməsi və Avropa Mərkəzi Bankının faiz dərəcəsinin ixtisar edilməsidir.

Azəraycanda Amerika dolları manata nisbətən sabitlik nümayiş etdirir. Bu ildə bir dollara 0,8453 manatla başlayan Amerika dolları bu vaxt ərzində cəmi iki dəfə dəyişilib. Belə ki, yanvarın 15-də bir punkt qalxaraq, 0,8454 mant/doll. olub, sonra isə yenidən düşərək, yanvarın 21-dək 0,8453 olub. Yanvarın 21-də yenidən bir punkt qalxıb və indiyədək sabitdir. Bu, yerli bazar institutlarının mənfi prosesləri səmərəli neytrallaşdırmasının göstəricisidir.

Lakin ABŞ iqtisadi inkişafının zəifləməsi zəminində dolların yenidən düşəcəyi gözlənilir. ABŞ -da başlayan resessiya bu il də davam edərək, fond bazarında olduğu kimi, bütün dünyaya təsir göstərəcək. Bu halda, dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycan, sikkə və valyuta siyasəti sahəsindən müdafiə tədbirləri görməlidir.

Trend analitik mərkəzin eksperti Ellada Xankişiyeva

Xəbər lenti

Xəbər lenti