...

Azərbaycan və Estoniya Vençur Fondunun yaradılmasına dair memorandum imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2008 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir A.Bədəlova / "Azərbaycan İnvestisiya Şirkəti" ilə "GILD İnvestisiya Bankı" və "Estonian Caspian Group" arasında birgə Vençur Fondunun yaradılmasına və əsas kommersiya prinsiplərinin müəyyənləşdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə bazar ertəsi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Tərəflər Fondun strukturunun qurulması, iqtisadiyyatın müxtəlif sahələrinə sərmayələrin cəlb olunması üçün birgə fəaliyyət barədə razılığa gəliblər.

Ötən həftə Tallində Estoniya-Azərbaycan biznes-forumu keçirilib. Azərbaycan iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini 10-a yaxın şirkət nümayəndəsi, "AZPROMO" və Azərbaycanın İnvestisiya Şirkəti təşkil edib.

Forum zamanı Azərbaycanın "İneks" və Estoniyanın "Krimelte" şirkətləri arasında əməkdaşlığa dair anlaşma imzalanıb.

Xəbər lenti

Xəbər lenti