...

Azərbaycan və Rusiya arasında investisiya əməkdaşlığı daha yaxşı ola bilərdi – RF ticarət nümayəndəliyinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral/ Trend , müxbir A.Bədəlova/ Rusiya statistikasına görə, 2007-ci ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi $10 mln., Azərbaycanın isə $1,5 mln. təşkil edib. Bu barədə çərşənbə günü Rusiyanın AR-dakı ticarət nümayəndəliyinin rəhbəri Yuri Şedrin mətbuat konfransında məlumat verib.

"Azərbaycan və Rusiyanın ticarət-iqtisadi əməkdaşlığı çərçivəsində investisiya istiqaməti daha yaxşı ola bilərdi" - o bildirib. Belə vəziyyətin əsas səbəbi qarşılıqlı investisiyaların həvəsləndirilməsi və müdafiəsi haqqında hökumətlərarası razılaşmanın olmamasıdır.

"İnvestisiya axınlarının hüquqi təminatını təmin edən sənəd yoxdur. İnvestisiya yatıran bəzi Rusiya şirkətləri öz yurisdiksiyalarını dəyişməyə məcbur olublar" - Şedrin bildirib.

"Ümid edirəm ki, 2008-ci ildə investisiya əməkdaşlığı sahəsində irəliləyiş olacaq və yaxın vaxtlarda qarşılıqlı investisiyaların həvəsləndirilməsi haqqında razılaşma imzalanacaq" - o söyləyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında bəzi ciddi layihələr var. RF-nin kapitalı ölkədə turizm sahəsində, xüsusən də Nardaranda kurort zonasının yaradılmasında fəal iştirak edəcək. Bu layihəyə 100 milyonlarla dollar yatırmaq planlaşdırılır.

2007-ci ildə ölkələr arasında mal dövriyyəsi $1,53 mlrd. təşkil edib. 2006-cı ildə isə bu rəqəm $1,52 mlrd. olub.

Xəbər lenti

Xəbər lenti