...

"Russkiialüminium" şirkəti Azərbaycanda alüminium zavodunun tikintisinə dair təkliflərin məzmununu dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir A.Bədəlova / Rusiya Azərbaycanda yeni alüminium zavodunun tikintisi layihəsinə dair öz taktikasını və məzmununu [təkliflərin] tamamilə dəyişib,- çərşənbə günü Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib. O, danışıqların təfərrüatını açıqlamayıb.

"Zavodun tikintisi layihəsi üzrə işlər aparılır. Yeni keyfiyyət səviyyəsinə və bu layihənin məzmununa keçid müşahidə olunur. Tikinti üçün ciddi perspektivlər var", - Şedrin deyib.

Əvvəllər "Russki alüminium" SC-nin Azərbaycan hökuməti ilə alüminium zavodunun tikintisi layihəsinə dair aparılmış danışıqları "RusAl" strukturunun yenidən təşkil edilməsi və onun "SuAl" şirkəti ilə birləşməsi səbəbindən müvəqqəti olaraq dayandırılıb.

Azərbaycanda yeni zavodun tikinti investisiyasının $1 mlrd. təşkil etdiyi və təxminən 6 min yeni iş yeri yaradılacağı güman edilir.

Layihə həyata keçirilməzdən əvvəl, tərəflər iştirak şərtlərini razılaşdırmaq niyyətindədirlər. Mütəxəssislərin hesablamalarına görə, alüminium istehsalının maya dəyərində elektrik enerjisi xərci 75 faiz təşkil edir. Buna görə də güclü energetika həcmi yaradılmadıqda, alüminium istehsalı real deyil.

Bununla əlaqədar, Rusiya tərəfi layihə çərçivəsində enerji resurslarına güzəştin təyin edilməsi üzrə tələblər irəli sürüb, çünki alüminium istehsalı çox enerji işlədən prosesdir.

Xəbər lenti

Xəbər lenti