...

Bakı Fond Birjasında Milli Bank notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend / Altı fevral 2008-ci il tarixində Bakı Fond Birjasında Milli Bankın 50100519S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 60 000 000 manat, hərraca çıxarılan həcm 55 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə birjanın cümə axşamı yayılan məlumatında bildirilr.

Hərracda 11 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 48 953 400 manat təşkil edib.

Sifarişlər 99.15% (gəlirlik 11.02%) - 99.18% (gəlirlik 10.63%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.15% (gəlirlik 11.02%) orta ölçülmüş qiymət - 99.17% (gəlirlik 10.76%) səviyyəsində Milli Bank tərəfindən müəyyən olunub.

Notların nominal üzrə reallaşdırılmış həcmi, 1 575 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 48 953 400 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 05 Mart 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti