...

Azərbaycanın aparıcı özəl banklarından biri Avropa birjasında İPO-ya hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir İ.Xəlilova / Azərbaycanın aparıcı özəl bankı - "UniBank" - əlavə kapitalın cəlb edilməsi üçün London və Frankfurt birjasında səhmlərinin təxminən 25 faizini açıq yerləşdirməyi planlaşdırır,- Bankın Müşahidə Şurasının sədri Eldar Qəribov deyib.

"İPO-ya çıxış bankın 2009-cu ilin axırı - 2010-cu ilin əvvəlinin strateji planıdır. Bunlar çox nüfuzlu bazarlardır və geniş potensial investor dairəsi cəlb etmək üçün çox önəmlidir", - bank rəhbəri qeyd edib.

Onun sözlərinə görə, bu məsələ "UniBank"ın müzakirəsindədir və qəti qərar hələ verilməyib, çünki oxşar məsələlər, hazırlıq üçün ən azı il yarım tələb edirlər. Hələlik fəaliyyətdə olan səhmdarların iştirakı ilə ilin sonunadək bank ümumi kapitalını hazırki 60mln. manatdan minimum 80 mln., gələn il 150 mln. manatadək atırmağı planlaşdırır. Hazırda "UniBank"ın Nizamnamə kapitalı 32 mln. manat səviyyəsində formalaşıb və səhmdar kapitallaşma prosesində səhmdar kapitala birbaşa investisiyalar 20 mln. manat səviyyəsində gözlənilir.

Qəribovun sözlərinə görə, bankın kapitalının artırılması üçün əlavə subordinasiya edilmiş kreditrər cəlb olunacaq. Bu istiqamətdə iri əcnəbi banklarla işlər aparılır və sövdələrin yaxın zamanlarda bağlanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti