...

Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral/ Trend , müxbir S.Ağayeva/ Qırğızıstanın Baş naziri İqor Çudinov Azərbaycana səfər edəcək. Ona azərbaycanlı həmkarı adından dəvətnaməni Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev verib. Bu barədə Trend-ə cümə günü Azərbaycanın Bişkekdəki səfirliyindən məlumat veriblər.

Görüşdə ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının və iki ölkənin işgüzar adamları üçün biznes-forumun keçirilməsi məsələsini də müzakirə ediblər.

Qırğızıstanın Baş naziri iqtisadi əməkdaşlığın səviyyəsi ilə bağlı narazılığını ifadə edib və bütün potensialdan istifadə edilmədiyini, bununla bağlı ciddi işləmək lazım olduğunu bildirib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ildə Azərbaycan və Qırğızıstan arasında mal mübadiləsi $9 mln. təşkil edib. 2007-ci ildə isə, bu rəqəm $4,8 mln.-dək azalıb.

Xəbər lenti

Xəbər lenti