...

Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2007-ci ildə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral/ " Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2007-ci ildə 115,6 mindən çox obyekti qeyd edib. Onlardan 38,7 mini ilkin, 76,9 mini isə təkrar bazarın payıa düşüb. Bu barədə Xidmətin çərşənbə günü yayılan məlumatında deyilir.

2007-ci il ərzində 21,3 min şəxsi və bağ evi, 51,4 - min mənzil, 34,8 - min torpaq sahəsi, 2,3 - min qeyri-yaşayış binası, 4,3 - min qeyri-yaşayış obyekti, 398 - kompleks müəssisə, 6 -çoxmərtəbəli yaşayış binası, 937 - çoxillik əkin sahəsi qeyd edilib.

2007-ci il ərzində 75,2 min daşınmaz əmlakın texniki pasportu verilib. Onlardan 20,5 min özəl və bağ evləri, 24,1 min - mənzil, 26,3 min - torpaq sahəsi, 1,8 min qeyri-yaşayış binası, 1,6 min - qeyri-yaşayış obyekti, 97 - kompleks müəssisə, 521 - çoxillik əkin sahəsinin payına düşüb.

Xəbər lenti

Xəbər lenti