...

Həmkarlar İttifaqı Konfederasiyası Azərbaycan iqtisadiyyatının qeyri-formal hissəsini kölgədən çıxarmaq niyyətindədir - sədr müavini (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2008 18:09 (UTC +04:00)
Həmkarlar İttifaqı Konfederasiyası Azərbaycan iqtisadiyyatının qeyri-formal hissəsini  kölgədən çıxarmaq niyyətindədir - sədr müavini (video)

Azərbaycan, Bakı, 26 fevral / " müxbir Ü.İsmayılova / Payızda Azərbaycanın Həmkarlar İttifaqı Konfederasiyası hökumətə, ölkə iqtisadiyyatının qeyri-formal hissəsinin formal hissəyə keçirilməsinə dair tövsiyələr verəcək, - çərşənbə axşamı Konfederasiya sədrinin müavini Aqil Dadaşov deyib.

Çərşənbə axşamı Azərbaycanın Həmkarlar İttifaqı Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası ilə qeyri-formal iqtisadiyyatla mübarizəyə dair layihənin reallaşdırılmasına başlayıb.

Dadaşovun sözlərinə görə, qeyri-formal iqtisadiyyat - təkcə Azərbaycanın deyil, bir çox dünya ölkələrinin problemidir. Məhz buna görə, ölkədə Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən bu layihə həyata keçiriləcək. Bu layihə iqtisadiyyatın qeyri-formal hissəsinin formal hissəyə keçməsini təmin edəcək.

"Formallığın, əmək müdafiəsinin, sosial təminatın olmadığı iqtisadiyyatının ən inkişaf etmiş sahələri nəqliyyat və kənd təsərrüfatıdır", - Dadaşov deyib.

Onun sözlərinə görə, qeyri-formal iqtisadiyyatla mübarizəyə dair layihə çərçivəsində, Konfederasiya əmək bazarının təhlil edəcək. Daha sonra hökumət və sahibkarlarla maarifləndirmə işləri, seminarlar, dəirmi masalar keçiriləcək.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2007-ci ildə ölkədə bir boş iş yerinə dörd işsiz iddia edir. 2008 -ci il yanvarın 1-nə Azərbaycanda rəsmi olaraq 50 651 nəfər işsiz qeydə alınıb, bunun 50 faizi - qadınlardır. 2007-ci ildə ölkənin əmək qabiliyyətli əhalisi 4295,2 min nəfər təşkil edib, bunun da 4010,5 min nəfəri məşğuldur.

Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası - iri beynəlxalq Həmkarlar İttifaqı birliyidir. Konfederasiyaya dünyanın 154 ölkəsində 170 mln. işçi təqdim edən 307 üzv-təşkilat daxildir. Azərbaycan 2001-ci ildən Konfederasiyanın üzvüdür.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti