...

BMK Azərbaycanda mənzil maliyyələşdirilməsinə $30 mln. –dan çox vəsait ayırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2008 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral/ Trend , müxbir İ.Xəlilova/ Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda mənzil maliyyələşdirilməsinə $30-35 mln. yönəltməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı BMK-nın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova məlumat verib. BMK vəsaitləri yerli banklar vasitəsilə ipoteka kreditləşməsinə yönəltmək niyyətindədir.

Əzimova bu vəsaitlərin üç-dörd bankı əhatə edəcəyini güman edir.

"Bankların ilkin siyahısı artıq müəyyən edilib. Lakin onu hələ açıqlaya bilmərik. Belə ki, hər bankla ayrı-ayrılıqda danışıq aparılır", - Korporasiya nümayəndəsi bildirib.

Onun sözlərinə görə, mənzil alqısını maliyyələşdirmək üçün birinci kredit UniBanka ayrılacaq və bir ay ərzində BMK-nın Direktorlar Şurası onun üçün $15 mln. təsdiq etməyi planlaşdırır. [Onun ilkin təsdiq edilməsi 2008-ci il yanvarın 15-nə təyin olunmuşdu]. Bu vəsaitlər Housing Finance proqramı çərçivəsində ayrılacaq və Azərbaycanda ipoteka kreditləşməsinin inkişafı üçün təyin edilib. Housing Finance proqramına uzunmüddətli ipoteka maliyyələşdirilməsi, məsləhətçi xidmətlərinin göstərilməsi daxildir. UniBank-a ayrılan kredit bu proqram çərçivəsində, $15 mln. məbləğədək, 7 il müddətinə təqdim edilən birinci investisiyadır.

Maliyyə Korporasiyası Azərbaycanın ipoteka bazarının (birinci və ikinci) inkişafı üzrə geniş proqramın hazırlanmasında Azərbaycan Milli Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fonduna yardım göstərmək niyyətindədir. Əzimova qeyd edib ki, hazırda AİF ilə birlikdə yanvarda imzalanan memorandum çərçivəsində danışıqlar aparılır.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti