...

"Ernst& Young" "Bank Standard"a kredit risklərini idarə etməkdə kömək göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / " / Ötən həftə "Bank Standard" və "Ernst& Young" auditor şirkəti arasında risk idarəedilməsində peşəkar məsləhətçilik xidmətlərinin göstərilməsi barədə saziş imzalanıb, - cümə axşamı Bankın yayılan məlumatında deyilir.

İmzalanan sənədə görə, "Bank Standard" üçün kredit risklərini idarəetmə modulunun yaradılması üzrə işə artıq başlanılıb. Layihə çərçivəsində, ilk növbədə, kredit risklərinin mövcud idarəetmə modulu qiymətləndirilib, səmərəliliyi yoxlanılacaq. Sonrakı mərhələdə kredit siyasəti və kredit risklərinin hazırki ölçmə metodologiyası, o cümlədən, kreditlərin bankda tətbiq edilən reytinq modeli təhlil olunacaq.

Məsləhətçilərin kredit risklərinin idarəolunması üçün işləyib hazırladıqları model, metodologiya və prosedurların tətbiqi təklif olunan modulların istifadəsi ilə bağlı işçi treninqlərindən sonra həyata keçiriləcək.

"Bank Standard" İdarə heyətinin sədr müavini Cavid Quliyevin sözlərinə görə, "Ernst& Young"la əməkdaşlıq sayəsində, bank dünyada ən mütərəqqi praktikaya uyğun dəqiq və ardıcıl risk idarəolunma modelini əldə edəcək. Beləliklə, bankın risk idarəetmə menecerləri bu sahədə öz təcrübələrini zənginləşdirmək, habelə, ixtisaslarını artırmaq imkanı əldə edəcək.

Xarici risk-menecment təcrübəsini tətbiq etməklə, bank özünün maliyyə risklərini müəyyən olunmuş səviyyələrdə saxlamağa, onları məlumat sistemlərində vaxtında əks etdirməyə nail olmaq məqsədini güdür.

"Ernst& Young" auditor və məsləhətçilik xidmətləri üzrə dünyanın aparıcı şirkətlərindəndir. Şirkət bu istiqamət üzrə dünyanın dörd liderindən biri sayılır.

Xəbər lenti

Xəbər lenti