...

Monitorinq Azərbaycanda "quş qripi" aşkarlamayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2008 15:09 (UTC +04:00)
Monitorinq Azərbaycanda "quş qripi"  aşkarlamayıb

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.Babayeva / Azərbaycanda "quş qripi" xəbərdarlığına dair 2008-ci ilin ikinci monitorinqi ölkədə bu xəstəlik virusunu aşkarlamayıb - cümə günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir.

"Toplanılan vəhşi və ev quşları nümunələrinin heç birində xəstəliyin daşıyıcısı aşkarlanmayıb" - dövlət idarəsindən deyiblər.

Monitorinq fevralın 18-dən 29-dək keçirilib və Abşeron yarımadasını, Xəzərin sahilyani rayonlarını, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəranı əhatə edib.

Dövlət Xidmətinin laboratoriyasına 2112 ev quşunun qan nümunəsi və 11 baş vəhşi quş daxil olub.

Ötən il Dövlət Xidməti doqquz monitorinq keçirib, 8 mindən artıq ev və vəhşi quş nümunəsi araşdırılıb. Onların heç birində virus daşıyıcısı aşkarlanmayıb.

2008-ci ilin birinci monitorinqi yanvarın 14-dən 25-dən keçirilib və ölkə ərazisində virus aşkarlamayıb.

Azərbaycanda çöl quşlarının ovu, istifadəsi və satışına 2005-ci ilin payızında qoyulmuş qadağa hələ də qüvvədə qalır. Ölkənin bütün sərhəd-buraxılış baytarlıq məntəqələri "quş qripi"nin ölkə ərazisində yayılmasının qarşısını almaq üçün gücləndirilmiş rejimdə işləyir. Dövlət Xidməti ev quşlarının əksər hallarda xəstəliyin daşıyıcıları olan çöl quşları ilə təmasda olmaması üçün onları qapalı yerdə saxlamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti