...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2008 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend / Bakı Fond Birjasında Milli Bankın 50100919S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 60 000 000 manat, hərraca çıxarılan həcm 50 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib,- Birjanın çərşənbə günü yaydığı məlumatda belə deyilir.

Hərracda 11 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 88 439 400 manat təşkil edib.

Sifarişlər 99.19% (gəlirlik 10.50%) - 99.39% (gəlirlik 7.89%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.27% (gəlirlik 9.45%) orta ölçülmüş qiymət - 99.33% (gəlirlik 8.67%) səviyyəsində, Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi, 9 220 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 50 000 000 manat məbləğində müəyyən edilib,

Notların ödəmə tarixi 02 aprel 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti