...

Azərbaycanın dəmir yolunun inkişafı proqramı çərçivəsində 50 lokomotiv alınacaq – baş mühəndis (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2008 15:23 (UTC +04:00)
Azərbaycanın dəmir yolunun inkişafı proqramı çərçivəsində 50 lokomotiv alınacaq – baş mühəndis (video)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir S.Əliyev/ Ümumi dəyəri 1 mlrd. 252 mln. manat olan "2008-2011-ci illərdə Azərbaycanın dəmir yolunun inkişafı üzrə Dövlət Proqramı"nın reallaşdırılması çərçivəsində 50 lokomotivin alınması planlaşdırılır. Bu barədə cümə axşamı İdarənin baş mühəndisi Qurban Nəzirov məlumat verib. Həmçinin birinci mərhələdə Bakı - Böyük-Kəsik (Gürcüstan sərhədinə qədər 503 km uzunluğunda olan yolun bir hissəsi) dəmir yolunun 240 kilometri tam olaraq yenidən qurulacaq.

Nəzirovun bildirdiyinə görə, yolun yenidən qurulması qatarların hərəkət sürətini saatda 100 km-ə qədər artırmağa imkan yaradacaq. Hazırda bu, orta hesabla saatda təxminən 80 km təşkil edir. Yolların yenidən qurulmasının dövlət vəsaitləri hesabına həyata keçirilməsi gözlənilir.

Proqramın reallaşdırılması çərçivəsində həmçinin İdarənin Səhmdar Cəmiyyətə keçirilməsi də nəzərdə tutulur. Bu məsələ ADDYİ-nin ilin sonuna qədər seçəcəyi məsləhətçi ilə birgə işlənəcək.

Proqramın reallaşdırılmasının ümumi dəyəri 1 mlrd. 252 mln. manatdır. Birinci mərhələdə 759 mln. manat sərf olunacaq. Bu vəsaitin 450 mln. dollarını Dünya Bankı kredit qismində verəcək. Ölkənin dəmir yolu üzrə dövlət investisiya proqramı çərçivəsində bu il artıq 9 mln. manatın ayrılması nəzərdə tutulur.

Hazırda proqram təsdiq olunması üçün prezidentə təqdim olunub. Bu proqram çərçivəsində dəmir yolunun lokomotiv və vaqon parklarının yenidən qurulması, enerji təsərrüfatı, siqnalizasiya və rabitə sisteminin yaxşılaşdırılması, yol təsərrüfatının yenidən qurulması və digər infrastrukturların bərpa olunması üzrə işlər nəzərdə tutulur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti