...

Gəncənin gil-torpaq kombinatı ərazisində baş vermiş yanğın söndürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2008 19:18 (UTC +04:00)
Gəncənin gil-torpaq kombinatı ərazisində baş vermiş yanğın söndürülüb

Azərbaycan, Gəncə, 07 mart / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhər FHN Yanğından Mühafizə Xidmətinin əməkdaşları "Azəralüminium" SC-nin tərkibinə daxil olan Gəncə gil-torpaq kombinatı ərazisində cümə günü baş vermiş yanğını 40 dəqiqə ərzində söndürməyə müvəffəq olublar.

Gəncə şəhəri FHN yanında Yanğın Təhlükəsizliyi İdarəsindən Trend ın regional müxbirinə bildiriblər ki, yanğının səbəbi kombinatın istilik-elektrik mərkəzindəki birinci turbin sexində nasazlıq olub.

"Turbindən axan yağ, içərisi ilə Selsi üzrə 550 dərəcə buxar keçən borunun üstünə tökülüb, yanğın bu səbəbdən baş verib. Yanğının söndürülməsi zamanı 11 yanğınsöndürmə dəstəsi işləyib" - İdarədən bildiriblər.

FHN -nin əməkdaşları fakt üzrə araşdırma aparırlar.

Azərbaycanda sovet dönəmindən qalmış alüminium zavodu Sumqayıtda fəaliyyət göstərir. Bu zavod 12 il sonra, yalnız 2003-cü ildə Hollandiyanın "Fondel Metal" şirkətinin idarəsinə verildikdən sonra, yenidən işini bərpa edib. Məhz bu şirkət Azərbaycanın qərbində - Gəncədə illik gücü 50 min-150 min ton olan alüminium zavodunun tikintisi üzrə planlarını açıqlayıb.

"Fondel" 2001-ci ildə investisiya müsabiqəsi nəticəsində, "Azəralüminium" Səhmdar Cəmiyyətinin 3 oybektinin idarəsini 25 illiyə alıb: Sumqayıt zavodu, Gəncədə illik layihə gücü 450 min ton olan gil-torpaq kombinatı və ölkənin qərbində, Zeylikdəki alunit yatağı. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Azəralüminium" SC-nin idarəsi üzrə Hollandiyanın "Fondel Metall" şirkətinin müqaviləsini. investisiya prqramını yerinə yetirməməsi səbəbindən, 2006-cı ildə ləğv edib.

Xəbər lenti

Xəbər lenti