...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Babək Sirab" ASC-nin səhmlərini qeydiyyatdan keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / " "/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Babək Sirab" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb,- Dövlət Komitəsindən verilən məlumatda deyilir.

Məlumatda deyilir ki, emissiyanın həcmi 1,6 mln. manat, bir səhmin nominal dəyəri isə, 2 manat təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti