...

Azərbaycanda tikintiyə dair Məcəllə qəbul olunacaq – Parlament komissiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2008 15:02 (UTC +04:00)
Azərbaycanda tikintiyə dair Məcəllə qəbul olunacaq – Parlament komissiyasının rəhbəri

Azərbaycan, Bakı, 17 mart / " , müxbir U.İsmayılova/ Azərbaycan Parlamenti tikintiyə dair Məcəllə hazırlamaq niyyətindədir. Bu barədə bazar ertəsi Parlamentin iqtisadi məsələlər komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

"Bu cür qanunun yaradılması ideyası ölkənin tikinti sektorunun böyüməsindən irəli gəlib" - deyə Səmədzadə vurğulayıb.

Azərbaycanda "Şəhərsalmaya dair qanun", "İnvestisiya barədə qanun", həmçinin hökumət tərəfindən tətbiq olunan və tikinti işlərini nizamlayan normativ-hüquq aktı mövcuddur. Tikinti fəaliyyəti barədə ayrıca qanun mövcud deyil.

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin məlumatlarına görə, Azərbaycanın daşınmaz əmlak üzrə daxili bazarı ən böyük bazardır. Har ay burada 4,9-5 min daşınmaz əmlak obyekti satılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti