...

NATO yükləri Əfqanıstana quru nəqliyyatı vasitəsilə tədarük etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2008 15:22 (UTC +04:00)

Belçika, Brüssel, 17 mart / Trend , müxbir K.Konırova/ NATO Əfqanıstan üçün yerüstü tranzitin həyta keçirilməsinə dair Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri ilə danışıqları bərpa etmək niyyətindədir. Trend ın xüsusi müxbirinin Brüsseldən verdiyi məlumatı görə, bu barədə bazar ertəsi jurnalistlərə NATO Baş Qərargahında Şimaliatlantika Alyansının nümayəndəsi bildirib.

"Bizim hesablamalara görə, hava nəqliyyat vasitəsilə bir ton yükün tədarük olunması üzrə xərclər doqquz min avro, dəmir yolu vasitəsilə isə - 200 avro təşkil edir" - deyə NATO nümayəndəsi bildirib.

Şimaliatlantika Alyansının nümayəndəsi bildirib ki, NATO əvvəllər bu məsəl ilə əlaqədar Mərkəzi Asiya ölkələri ilə 2003-cü ildə danışıqlar aparıb, lakin nəticə əldə olunmayıb.

Xəbər lenti

Xəbər lenti