...

Azərbaycan və Aİ Bakıda energetika və nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2008 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart/ " müxbir İ.Xəlilova/ Aprelin 3-də Bakıda, energetika və nəqliyyat üzrə Aİ-Azərbaycan Alt komitəsinin üçüncü iclası keçiriləcək. Bu barədə bazar günü Avropa İttifaqının texniki yardım proqramları koordinasiya bürosunun (Tacis) icraçı direktoru Rüfət Məmmədov məlumat verib.

İclasda iştirak üçün aprelin 1-də Avropa Komissiyası missiyasının Azərbaycana səfəri planlaşdırılıb. Missiyanın tərkibinə EUROPEAD Yardım Xidmətinin və xarici əlaqələr üzrə Aİ Baş direktorluğunun nümayəndələri Kaydo Serel, Ancelo Borqoni və başqaları daxildirlər.

Görüşdə Avropa İttifaqı ekspertləri tərəfindən hazırlanmış "Aİ fəaliyyət planının icra aləti" qeyri-rəsmi sənədində qeyd edilmiş tədbirlərin reallaşdırılmasının gedişi ilə tanışlıq planlaşdırılır. Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı 2006-cı ilin noyabrında Brüsseldə təsdiq edilib və elə o zaman Alt komitənin birinci iclası keçirilib.

Sənəddə 2007-ci ilin dekabrınadək icra edilməli prioritet tədbirlər göstərilib. Bu, TRASEKA dəhlizi üzrə nəqliyyat potensialının gücləndirilməsi üçün nəqliyyat layihələrinin sonrakı intensifikasiyası və dəniz, aviasiya, dəmir yolu və avtomobil nəqliyyatı sahəsində gələcək əməkdaşlıq istiqamətlərinə aiddir.

Nəqliyyat Nazirliyi artıq yeni yaradılmış Dəniz və Aviasiya administrasiyalarının potensialının gücləndirilməsi üçün texniki yardımın hazırlanmasında Avropa Komissiyasından kömək istəyib.

Bundan əlavə, Alt komitənin iclasında Azərbaycanın Aİ ölkələri ilə energetika sahəsində əməkdaşlığı məsələləri nəzərdən keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti