...

Aprelin əvvəlində Bakıdan yeni aviareysin açılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2008 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend / Aprel ayının əvvəlindən Bakı-Əmman marşrutu üzrə birbaşa hava əlaqəsinin açılması planlaşdırılır. Bu barədə "AZAL" Dövlət Konsernindən məlumat verilib.

İlkin mərhələdə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. "Əgər bu mənfəətli olarsa, tərəflər reyslərin sayının artırılması barədə müzkirə aparacaqlar" - deyə "AZAL"dan vurğulayıblar.

Birinci mərhələdə uçuşlar "Royal Jordan" təyyarələri ilə həyta keçiriləcək. Əlavə reyslər isə Azərbaycanın "AZAL" milli aviaşirkətinin təyyarələri vasitəsilə reallaşdırılacaq.

"AZAL" MDB, Avropa və Asiya ölkələrinə uçuşları müxtəlif tipl hava gəmiləri vasitəsilə həyta keçirir. Aviaşirkətin parkında "Boeing", "Airbus", "ATR" tipli, həmçinin Rusiya istehsalı olan təyyarələr mövcuddur.

Xəbər lenti

Xəbər lenti