...

Texnika bank MoneyGram sistemi üzrə pul köçürmələrini həyata keçirməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ " Azərbaycanın "Texnika bank"-ı MoneyGram beynəlxalq pulköçürmə sistemləri haqqında saziş imzalayıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, martın 5-də imzalanmış sazişə əsasən, bank apreldən MoneyGram sistemi üzrə pul köçürmələri xidmətini təklif etməyə başlayıb.

MoneyGram pul köçürmə sistemləri MDB ölkələrində 90-cı ilin ortalarından reallaşdırılır. Bu sistemə 160 bank üzvdür. MoneyGram dünyanın 170 ölkəsində pul köçürmələri üzrə lider hesab edilir.

Xəbər lenti

Xəbər lenti