...

Azərbaycan prezidenti ölkədə inflyasiyanın artmasından narahatlığını ifadə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev ölkədə cari ilin birinci rübündə inflyasiyanın artım səviyyəsinin 16 faizə çatmasından narahatlığını ifadə edib. "İnflyasiya artımı bizdə ciddi narahatlıq və təşviş doğurur, onu münasib çərçivədə saxlamaq üçün praktiki tədbirlər görməyə çalışmalıyıq" - deyə dövlət başçısı bazar ertəsi Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübündə respublikanın sosial-iqtisadi inkişafına həsr olunmuş iclasında bildirib.

Prezident qeyd edib ki, bütün dünyada sürətli bahalaşma gedir. Cari ildə və ötən ilin əvvəlində xüsusilə də qida məhsulları üzrə bahalaşma Avropada, MDB məkanında, Asiyada və digər qitələrdə özünü daha aydın şəkildə göstərib ki, bu da müxtəlif obyektiv səbəblərlə izah olunur. Bahalaşma tendensiyası həmçinin Azərbaycandan da yan keçməyib.

"Biz həm iqtisadi, həm də inzibati tədbirlər görməklə bahalaşmanın qarşısını maksimum almağa səy göstərməliyik" - deyə prezident Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti