...

2009-cu ildə Avrozonada ÜDM artımı 2 faiz təşkil edəcək – Capital Economics

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir A.Bədəlova/ Britaniyanın iqtisadi tədqiqatlar üzrə Capital Economics şirkəti analitiklərinin proqnozlarına görə, 2008-ci ildə Avrozonada ÜMD-in artımı, orta hesabla, 1,7 faiz təşkil edəcək. 2009-cu ildə ÜDM 0,3 faiz artaraq 2 faiz təşkil edəcək.

Britaniya şirkətinin məruzəsində deyilir ki, iqtisadi düşmə daha çox "Böyük Yeddilik" ölkələrinin iqtisadiyyatında öz əksini tapacaq. 2008-ci ildə bu ölkələrdə artım tempi 2007-ci ildəkindən yarım dəfə az olacaq.

Lakin şirkətin analitikləri hesab edirlər ki, xüsusilə də Çin və Hindistan kimi iqtisadiyyatı inkişafda olan ölkələrdə davam edən intensiv artım dünya artımını üç faiz səviyyəsində saxlaya bilər.

Britaniyalı analitiklərin proqnozlarına görə, 2008-ci ildə Birləşmiş Krallığda ÜMD 1,7 faiz artacaq. 2009-cu ildə burada ÜDM artımı cəmi 1 faiz təşkil edəcək.

Şirkətin məruzəsində deyilir ki, dünyada baş verən iqtisadi düşmə təkcə ÜDM-in artım templəri deyil, dünya ticarətində də öz əksini tapacaq.

Beynəxalq Valyuta Fondunun (BVF) aprelin 9-da yayılan məruzəsində ABŞ-ın ÜDM-i 2008-ci ildə 0,5 faizədək, 2009-cu ildə isə 0,6 faizədək azaldılıb. Bu rəqəmlər əvvəlkilərdən xeyli aşağıdır - müvafiq olaraq, 1,3 faiz və 2,1 faiz. Bundan əlavə, məruzədə deyilir ki, kredit böhranı banklar və digər maliyyə təşkilatlarına $1 trln.-a başa gələ bilər.

Britaniya şirkətinin proqnozlarına görə, 2009-cu ildə ABŞ ÜDM-i 1,5 faizədək artacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti