...

"Bank Respublika" 2008-ci ilin mart ayının yekunlarını vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı,16 aprel / Trend / "Bank Respublika"nın aktivləri cari ilin əvvəlindən etibarən 8,6% artaraq 1 aprel 2008-ci il tarixinə 275,0 mln. manat olub. Bankın kredit portfelinin həcmi isə bu ilin birinci rübü ərzində 17,1% artaraq 186,5 mln. manata çatıb. Bu barədə bankın çərşənbə günü yayılmış məlumatında bildirilir.

Müştərilərin depozitləri də hesabat dövründə 8,3% artaraq 121,2 mln. manatı keçib. Əhalinin əmanətlərinin həcmi isə 7,4% artaraq bu ilin 1 aprel tarixinə 56,5 mln. manat olub.

"Bank Respublika"nın 2008-ci ilin yanvar-mart ayları ərzində məcmu kapitalı 44,3% artaraq 34,1 mln. manata çatıb. Cari ilin 1 aprel tarixinə Bankın nizamnamə kapitalı 12,6 mln. manatdır.

"Bank Respublika"nın bu ilin yanvar-mart ayı ərzində gəlirləri 11,7 mln. manat, xərcləri isə 9,4 mln. manat təşkil edib. Bu dövr ərzində Bankın balans mənfəəti 2,3 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti