...

"Bank Respublika" əmanətçiləri arasında aylıq uduş kampaniyası üzrə növbəti tirajı keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2008 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / " "Bank Respublika" çərşənbə axşamı əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirib və bankın daha 7 əmanətçisi mükafatlar qazanıb. Bu barədə bankın cümə axşamı yayılan məlumatında bildirilir.

Bankın 2 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində 2 pul mükafatı, daha 5 əmanətçi isə kampaniyanın əlavə mükafatlarını qazanıb. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən 300 manat məbləğində mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri seçə bilərlər.

Kampaniyada ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, bank əməkdaşları və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

Bu günədək "Bank Respublika"nın 64 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatları və 70 əmanətçisi əlavə mükafatlar qazanıblar.

"Bank Respublika"nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə "MasterCard" və "VISA" kartları əldə edə, "Home Banking" xidmətindən yararlana, bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

"Bank Respublika" "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bankda yerləşdirilmiş əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Xəbər lenti

Xəbər lenti