...

Azərbaycan sosial müdafiə sahəsində Türkiyənin təcrübəsini mənimsəmək niyyətindədir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2008 16:12 (UTC +04:00)
Azərbaycan sosial müdafiə sahəsində Türkiyənin təcrübəsini mənimsəmək niyyətindədir - nazir

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan və Türkiyə arasında sosial müdafiə üzrə hökumətlərarası protokola əlavələr Dünya Bankının "Sosial müdafiənin inkişafı" haqqında layihəsinin şərtlərini əks etdirir. Bu barədə çərşənbə günü əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov məlumat verib.

Azərbaycan və Türkiyənin 1995-ci ildən fəaliyyət göstərən daimi hökumət komissiyası çərşənbə günü Bakıda qarşılıqlı əməkdaşlıq haqqında protokola üç əlavə bənd daxil edib. Bəndlər protokola komssiyanın növbəti beşinci iclasında daxil edilib.

Tərəflər aşağıdakı bəndlər üzrə əməkdaşlığı genişləndiriblər:

- texniki-peşə təhsili sahəsində dünya standartlarının tətbiqinin gücləndirilməsi,

- Azərbaycan və Türkiyə arasında hər iki ölkənin iş adamları üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutan əmək miqrasiyası məsələsi,

- uşaq əməyindən istifadə məsələsi.

Azərbaycan hökuməti və Dünya Bankı aprelin əvvəlində $40 mln. dəyərində "Sosial müdafiənin inkişafı" layihəsinin reallaşdırılması haqqında saziş imzalayıblar. Bank Beynəlxalq İnkişaf Asossiasiyasının şərtləri əsasında (10 güzəştli dövr olmaqla 35 ilə və illik 0,75 faiz dərəcə ilə) $25 mln. ayırmağa hazırdır.

Layihəyə dörd komponent daxildir: əmək bazarı sisteminin, o cümlədən əmək qanunvericiliyinin, əməyin mühafizəsi sisteminin, məşğulluq xidmətlərinin işinin tam təkmilləşdirilməsi; sosial təminat sistemi siyasətinin formalaşdırılması; pensiya sisteminin və layihənin idarə edilməsinin müasirləşdirilməsi.

Nazirin sözlərinə görə, bu gün sənədə birinci daxil edilən texniki-peşə təhsili haqqında bənd investisiya iqliminin yaxşılaşmasına yardım edəcək. Əvvəllər əcnəbi şirkətlər öz şirkətləri və müasir avadanlıqlarının idarə edilməsi üçün özlərinin mütəxəssislərini cəlb etdikləri halda, indi onlar bu mütəxəssisləri Azərbaycandan dəvət edə biləcəklər.

Nazirin sözlərinə görə, əmək miqrasiyası ilə bağlı ikinci bənd hər iki ölkənin sahibkarları üçün şəraitin yaxşılaşdırılmasını nəzərdə tutur. Ən vacib problemlərdən birinə toxunan üçüncü bənd uşaq əməyindən istifadənin ləğv edilməsidir.

"Türkiyə hökumətinin bu sahədə böyük təcrübəsi var və biz bu təcrübəni mənimsəmək niyyətindəyik", - Ələkbərov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti