...

Azərbaycan CAREC çərçivəsində turizm sahəsində regional əməkdaşlığın genişləndirilməsini təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir İ.Xəlilova / Bu gün Bakıda Azərbaycanın proqrama sədrliyi çərçivəsində CAREC-ə (MARİƏ - Mərkəzi-Asiya regional iqtisadi əməkdaşlıq) üzv ölkələrin yüksək vəzifəli rəsmi şəxslərinin ilk iclası öz işinə başlayıb. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Samir Vəliyevin bildirdiyinə görə, görüşdə enerji resursları olmayan ölkələrin xeyir götürməsi üçün enerji layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Müzakirələrin əsas mövzusu elektrik enerjisi əməkdaşlığının inkişafı və məhz elektrikötürücü xətlərin çəkilməsi məsələləri olub. Bu məsələ Asiya ölkələrinə aiddir, çünki Azərbaycan onlarla bu sahədə əlaqələrə malik deyil. Vəliyev gələcəkdə ərazi cəhətdən Azərbaycana yaxın olan Rusiya, İran, Pakistan və Türkmənistanın bu layihəyə qoşulma ehtimalını istisna etməyb. Buna görə bu ölkələrlə birgə layihələrin həyata keçirilməsi realdır.

"Bu, adıçəkilən ölkələrin CAREC proqramına qoşulmasından sonra mümkün ola bilər və bu məsələ hazırda müzakirələrin gündəliyindədir", - deyə Vəliyev bildirib.

Azərbaycan turizm sahəsində ölkələr arasında regional əməkdaşlığın genişləndirilməsi üçün təkliflə çıxş edib. İlkin mərhələdə, bu təklif ötən il Düşənbədə nazirlər konfransında təsis edilən Araşdırmalar İnstitutu tərəfindən ətraflı araşdırılmalıdır.

Görüş zamanı həmçinin energetika strategiyası, nəqliyyat dəhlizləri və ticarətin inkişaf strategiyası üzrə fəaliyyət planı, o cümlədən noyabr ayında Bakıda keçiriləcək nazirlərin konfransında təsdiq ediləcək Araşdırmalar İnstitutunun fəaliyyəti üzrə iş planı müzakirə olunmalıdır. Bu sənədlər üzərində iş CAREC-ə üzv ölkələrin yüksək vəzifəli rəsmi şəxslərinin sentyabrın ikinci yarısına nəzərdə tutulan ikinci görüşündə davam etdiriləcək.

CAREC proqramı AİB-in təşəbbüsü ilə 1998-ci ildə təsis edilib.

CAREC çərçivəsində səkkiz iştirakçı ölkə (Əfqanıstan, Azərbaycan, ÇXR, Qazaxıstan, Qırğızıstan Respublikası, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynəlxalq təşkilatın (AİB, AYİB, BVF, İİB, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq edir.

Proqram nəqliyyat, ticarətə yardım, ticarət siyasəti və energetika kimi prioritet sahələrdə infrastruktur layihələrin maliyyələşdirilməsi və regonal siyasətin yaxşılaşdırılmasına istiqamətlənib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti