Azərbaycan, Bakı, 01 may/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın iki sığorta şirkəti - Kavkaz Sigorta və Azergarant ilk dəfə olaraq sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziyalar alıblar. Bu, Sığorta fəaliyyəti haqqında yeni Qanunla nəzərdə tutulub. Bu barədə cümə axşamı Azərbaycanın Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin rəhbəri Namiq Xəlilov məlumat verib.
Martın 15-də Azərbaycanda "Sığorta fəaliyyəti haqqında" yeni Qanun qüvvəyə minib. Bu qanuna əsasən, şirkətlər sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziyalar alacaqlar. Əvvəllər lisenziyalar beş il müddətinə verilirib.
2007-ci ildə Kavkaz Sigorta-nın sığorta haqqları təqribən 1,7 mln.manat, Azergarant-ın isə, 740 min manat təşkil edib.
Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]