...

Azərbaycanın iri sement istehsalçısı məhsullarının qiymətinin artacağını bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend / Azərbaycanda iri sement istehsalçısı olan "Garadagh Cement" ASC mayın 1-dən məhsullarının qiymətinin artacağı barədə xəbər verib. Şirkətin məlumatında bidirilir ki, "buna mart ayında tədarükçülər tərəfindən xammalın, xüsusilə də vulkan külü qiymətinin 50 faiz qaldırılması səbəb olub".

"Garadagh Cement"in məlumatında bildirilir ki, Azərbaycanın qərb rayonlarından (Ağstafa və Tovuz) olan əsas sement tədarükçüləri mart ayında tədarükü dayandırmaq və qiymətləri kəskin şəkildə artırmaqla istehsal prosesini təhlükə altında qoyublar.

"Qiymət artımı ilə yanaşı, göstərilən xammalın nəql edilməsi və tədarükü ilə bağlı bəzi həll edilməmiş məsələlər də istehsalın mövcud dayandırılma riskini azaltmır", - deyə sənəddə bildirilir.

"Garadagh Cement" dörd ay ərzində təxminən 350 min ton sement istehsal edib ki, bu da bazar tələbatının 33 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti