Gürcüstan, Tbilisi, 02 may/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda Beynəlxalq Ticarət Palatasına ərəb əsilli ABŞ vətəndaşı Fadi Asli başçılıq edəcək. Belə qərar bu təşkilatın üzvləri tərəfindən dünən axşam keçirilən rəsmi təqdimat zamanı qəbul edilib.
Asli Komitənin Direktorlar Şurasına başçılıq edib. Rəsmi nahar "Tbilisi Merriott" mehmanxanasında verilib və naharda Baş nazir Lado Qurqenidzenin başçılığı ilə Gürcüstan hökumətinin üzvləri iştirak ediblər.
"Bizim məqsədimiz Gürcüstan hökuməti ilə daha sıx əməkdaşlıq etmək və yeni iş yerlərinin yaradılmasına yardım etməkdir ki, bu da Gürcüstan hökumətinin siyasətində xüsusi yer tutur", - Asli jurnalistlərə bildirib.
Gürcüstanın iqtisadiyyat naziri Eka Şaraşidze Gürcüstanda BTC-nin yaradılmasının Gürcüstan üçün əhəmiyyətli olduğunu qeyd edib. Belə ki, bu kifayət qədər hörmət edilən və ciddi beynəxalq təşkilatdır. "Biz, bu təşkilatın təmsil edəcəyi biznesin inkişafına yardım göstərir və yeni investisiyalar gözləyirik", - o bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]