Azərbaycan, Gəncə, 06 may/ Trend , V. Məmmədov/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi regionlarda olan un dəyirmanlarında un və taxıl ehtiyatlarının monitorinqini keçirir. Bu barədə məlumatı Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov verib.
Onun sözlərinə görə, nazirlik hər ayın 1-də və 15 -də belə monitorinqlər keçirir.
Nazirlik tərəfindən mayın 1-də keçirilən monitorinqin nəticələrinə görə, Xanlar rayonundakı Osmanlı un dəyirmanında 130 ton buğda, 45 ton un ehtiyatı var. Fatoğlu dəyirmanında isə, nə buğda, nə də un ehtiyatı var. Neon firmasında isə 4,9 ton buğda, 206 ton un, Ərəboğlu dəyirmanında 1,2 ton buğda, 18 ton un, Samuxun Qoşqar Dəyirmanında isə, buğda ehtiyatı yoxdur, un ehtiyatı isə 45 tondur.