...

Bazar iqtisadiyyatı şəraitində Azərbaycanda çörəyin qiymət artımını dayandırmaq mümkün deyil – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2008 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 may / " , müxbir U.İsmayılova/ Azərbaycanın maliyyə naziri Samir Şərifov hesab edir ki, ölkədə çörəyin qiymət artımı məhsul istehsalının maya dəyərinin artması səbəbindən baş verir.

"Dünya bazarında mineral gübrələrin qiyməti 100 faiz artıb ki, bu da çörəyin maya dəyərinə təsir edir", - deyə nazir cümə günü bildirib.

Azərbaycana taxıl əsasən Qazaxıstan, Rusiya və Ukraynadan idxal olunur. Azərbaycanın taxıla olan illik tələbatı 3 mln. ton təşkil edir ki, bunun da bir miylon tonu idxal olunur. Rusiya tərəfindən ixrac olunan taxıla əlavə 22 avronun tətbiq edilməsindən sonra, Azərbaycana taxıl ixracı dəyişikliklər tam tətbiq edilənədək dayandırılıb. Qazaxıstan aprel ayında dünya problemləri fonunda daxili bazarını mühafizə etmək məqsədi ilə 2008-ci ilin sentyabr ayında yeni məhsul yığımına qədər taxıl ixracına qadağa qoyub.

Nazir bildirib ki, Azərbaycanda çörəyin qiymətinin artması çörək istehsalçılarının qarşılaşdığı xərclərin artması səbəbindən baş verir və bu da çörəyin bahalaşmasının əsasən xarici amillərdən asılı olmasına dəlalət edir.

"Çörəyin qiymətində artım obyektiv proseslər səbəbindən baş verir, o cümlədən bazar iqtisadiyyatı şəraitində çörəyin qiymət artımını dayandırmaq mümkün deyil", - deyə nazir bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti