...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2008 11:42 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir İ.Xəlilova/ Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0005 bənd möhkəmlənib (0,05 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,828475 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi mayın 8-də 1 ABŞ dolları üçün 0,8292 manat, minimum isə mayın 6-7 -də 1 ABŞ dollarına 0,8280 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
28aprel 0,8291 5 may 0,8287
29aprel 0,8288 6 may 0,8280
30aprel 0,8292 7 may 0,8280
1 may 0,8280 8 may 0,8292
2 may 0,8290 9 may -
Həftə ərzində orta 0,82882 Həftə ərzində orta 0,828475

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,82755 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi mayın 8-də 1 ABŞ dollarına 0,8282 manat, minimum isə 6-7 mayda 1 ABŞ dollarına 0,8270 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 5 mayda - 0,8280AZN/USD məzənnəsi ilə $ 8,082 mln., 6 mayda - 0,8270 AZN/USD məzənnəsi ilə $11,439 mln., 7 mayda - 0,8270 AZN/USD məzənnəsi ilə $13,560 mln., 8 mayda - 0,8282 AZN/USD məzənnəsi ilə $4,96 mln., 9 mayda isə bayram səbəbindən sövdələşmələr həyata keçirilməyib.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
28aprel 0,8291 5 may 0,8287
29aprel 0,8288 6 may 0,8280
30aprel 0,8292 7 may 0,8280
1 may 0,8280 8 may 0,8292
2 may 0,8290 9 may -
Həftə ərzində orta 0,82882 Həftə ərzində orta 0,828475
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
28aprel 0,8285 5 may 0,8280
29aprel 0,8282 6 may 0,8270
30aprel 0,8286 7 may 0,8270
1 may 0,8273 8 may 0,8282
2 may 0,8282 9 may -
Həftə ərzində orta 0,82816 Həftə ərzində orta 0,82755

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. BEST-də RUB/AZN və EUR/AZN alətləri üzrə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiymətləri dəyişikliyə məruz qalmayıb və 17 manat təşkil edib.

Çeklərin istifadə müddəti 2010-cu ildəbaşa çatır.

Xəbər lenti

Xəbər lenti