...

Azərbaycan Səhiyyə Nazirliyi paytaxtda lisenziyasız fəaliyyət göstərən 21 stomatoloji kabinetin fəaliyyətini dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2008 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend / Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakıda xüsusi lisenziyasız fəaliyyət göstərən 21 stomatoloji kabinetin fəaliyyətini müvəqqəti dayandırıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-dən stomotoloji xidmət kabinetlərində aparılan yoxlamalar həmin tibb obyektlərində sanitar - epidemioloji rejimə əməl edilməsi vəziyyətinə nəzarət etmək məqsədilə keçirilir.

"Aparılmış yoxlama nəticəsində, 50 həkim -stomotoloq cərimələnib", - nazirliyin mətbuat xidmətindən bildirilib .Hazırda qəbul olunmuş qərarların icrası davam etdirilir.

Xəbər lenti

Xəbər lenti